Milli Səhiyyə Agentliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Milli Sağlamlıq İnstitutları
National Institutes of Health
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 1887, 1930
Ştat sayı
  • 18.646 nəf. (1 oktyabr 2013)[1]
Baş qərargah
Rəsmi saytı nih.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir.[4]

Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir.[5] NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi[6], bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.

İnstitutlar və mərkəzlər

  • Milli Xərçəng İnstitutu (NCI)
  • Milli Göz İnstitutu (NEI)
  • Milli Ürək, Ağciyər və Qan İnstitutu (NHLBI)
  • Milli İnsan Genomu Tədqiqat İnstitutu (NHGRI)
  • Milli Qocalma İnstitutu (NIA)
  • Alkoqoldan Sui-istifadə və Alkoqolizm üzrə Milli İnstitut (NIAAA)
  • Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID)
  • Milli Artrit və Əzələ-skelet Sistemi və Dəri Xəstəlikləri İnstitutu (NIAMSD)
  • Milli Biotibbi Görüntüləmə və Biomühəndislik İnstitutu (NIBIB)
  • Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutu (NICHHD)
  • Milli Karlıq və Digər Ünsiyyət Pozğunluqları İnstitutu (NIDOCD)
  • Milli Diş və Kraniofasiyal Tədqiqatlar İnstitutu (NIDCR)
  • Milli Diabet və Həzm və Böyrək Xəstəlikləri İnstitutu (NIDDKD)
  • Narkomaniya ilə mübarizə üzrə Milli İnstitut (NIDA)
  • Ətraf Mühitin Sağlamlığını tədqiq edən Milli Elmlər İnstitutu (NIEHS)
  • Milli Ümumi Tibb Elmləri İnstitutu (NIGMS)
  • Milli Psixi Sağlamlıq İnstitutu (NIMH)
  • Milli Azlıqların Sağlamlığı və Sağlamlıq Bərabərsizliyi İnstitutu (NIMHHD)
  • Milli Nevroloji Xəstəliklər və İnsult İnstitutu (NINDS)
  • Milli Tibb bacısı Tədqiqatları İnstitutu (NINR)
  • Milli Tibb Kitabxanası (NLM)
  • İnformasiya Texnologiyaları Mərkəzi (CIT)
  • Elmi Tədqiqatlar Mərkəzi (CSR)
  • Foqarti Beynəlxalq Mərkəzi (FIC)
  • Milli Tərcümə Elmlərinin İnkişafı Mərkəzi (NCATS)
  • Milli Tamamlayıcı və İnteqrativ Sağlamlıq Mərkəzi (NCCIH)
  • Milli Sağlamlıq İnstitutlarının Kliniki Tədqiqatlar Mərkəzi (NIH CC)

İstinadlar

  1. 1 2 3 4 Reardon S. NIH campus endures slow decay (ing.). // Nature / M. Skipper NPG, Springer Science+Business Media, 2013. Vol. 502, Iss. 7471. P. 279–280. ISSN 1476-4687; 0028-0836 doi:10.1038/502279A PMID:24132264
  2. NIH Visitor Map.
  3. 1 2 Geographic Names Information System (ing.).
  4. "Visit NSF". 7 Temmuz 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Temmuz 2018.
  5. "Organization and Leadership | NIH Intramural Research Program". Irp.nih.gov. 24 Nisan 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Temmuz 2018.
  6. "The Story of Fluoridation | National Institute of Dental and Craniofacial Research". www.nidcr.nih.gov. 7 Mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Ocak 2021.