Mlokoseviç pionu
Mlokoseviç pionu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Mlokoseviç pionu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir. Meyvələri buynuz şəklində qutucuq meyvədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çiçəkləməsi may, meyvə verməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağında meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Lənkəranın dağlıq (Lerik rayonu) və Böyük Qafqazın qərb hissələri (Zaqatala rayonu).
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyanın sayı kəskin azalır, ətraf mühit amillərinə həssaslığı və xüsusi yaşayış mühitinə tələbkarlığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Yaşayı mühitinin deqradasiyası (yayıldığı fitosenozlarda palıd və qaratikanların qırılması).
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Arealların ciddi nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması. Toxumla çoxalan, xüsusi şəraitdə olduqca tələbkar bitkidir.