Nemət Pənahlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nemət Pənahlı
Şəxsi məlumatlar
Doğum tarixi 1962
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Anası Sara Pənahlı[1] (?-2013)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri.

Həyatı

Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub.

Siyasi fəaliyyəti

O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb.

1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[2] AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir.[3]

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür.[4]

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur.

Həbsi

2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.[5]

İstinadlar

  1. "Nemət Pənahlının anası vəfat etdi. gunxeber.com saytı". 2016-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-28.
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
  4. AXTARIŞ ZAMANI NEMƏT PƏNAHLININ EVİNDƏN VİDEOKASETLƏR, DİSKLƏR, QƏZETLƏR GÖTÜRÜLÜB[ölü keçid]
  5. "Prezidentin əfv etdiyi TANINMIŞLAR - ADLAR". lent.az. İstifadə tarixi: 17 mart 2016.[ölü keçid]