Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri.
Nemət Pənahlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Anası | Sara Pənahlı[1] (?-2013) |
Vikianbarda əlaqəli mediafayllar |
Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub.
O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb.
1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[2] AMDP proporsional seçkilərdə ümumi səslərin 1,20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir.[3]
Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür.[4]
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur.
2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.[5]