Ortaboy tənbəlcüllüt
Ortaboy tənbəlcüllüt | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: ???: Ortaboy tənbəlcüllüt |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü.
Statusu[redaktə | mənbəni redaktə et]
Nadirdir.
Kateqoriyası[redaktə | mənbəni redaktə et]
(EN). Təhlükə həddindədir.
Qısa təsviri[redaktə | mənbəni redaktə et]
Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır [3].
Yayılması[redaktə | mənbəni redaktə et]
Reproduktiv arealı Avropa və Asiyanın meşə zonasını, qismən də dağ tundranı əhatə edir. Qışlamaq üçün Cənub-Şərqi Asiya və Avstraliyaya qədər miqrasiya edir. Əsas qışlaq yeri Afrikadır [4]. Azərbaycanda miqrant populyasiyası qeyd edilib – apreldə və sentyabrda [5].
Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]
Rütubətli çəmənlikdə, seyrək meşə və kolluqda məskunlaşır. Suya yaxın yerləri xoşlayır. Gecə və alatoranlıq vaxtda fəal olur. Cücü və bitki yeyir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Azalmasının əsas səbəbi bataqlıqların qurudulmasıdır [6].
Əhali üçün əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]
Ramsar, Bern, Bonn konvensiyalarına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]
Azərbaycanın "Qırmızı Kitab"ına daxil etmək, əhaliyə tanıtmaq, miqrant populyasiyasının ovlanması hallarını ləğv etmək məsləhətdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;
- ↑ Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması. Akademik M.Ə.Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, “Elm”, 2001, s. 307-309;
- Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.