Penni Mordont
Penni Mordont | |
---|---|
ing. Penny Mordaunt | |
Vəzifədədir | |
19 sentyabr 2021-ci ildən | |
Monarx | II Elizabet |
Əvvəlki | Qreq Hends |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 mart 1973 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
İxtisası | filosof |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | İan Layon ( faktiki) |
Dini | katolik |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması |
pennymordaunt.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il).
Həyatı[redaktə | mənbəni redaktə et]
Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[1][2][3][daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib[4] . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb.[5] Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb.[5] Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur,[6] aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır,[7][8] beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur.[9] Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.[10] Mordont Vaterluvil, Hemşirdə yerləşən Oklend Roma-katolik ümumtəhsil məktəbibdə təhsil alıb və Viktorilend teatr məktəbində dram incəsənətini öyrənib.[11]
Mordontun 15 yaşı olanda anası xərçəng xəstəliyindən dünyasını dəyişir. Ekiz qardaşı məktəbi atdığından o kiçik qardaşı Edvard üçün əsas hamiyə çevrilir. O biri il onun atasınında da xərçəng xəstəliyi aşkar edilir, ancaq o müalicə ilə sağala bilir. Təhsil haqqını ödəmək üçün o Johnson & Johnson fabrikində çalışır, Portsmut magiya cəmiyyətinin keçmiş prezidenti fokusçu Uill Eylinqin köməkçisi işləyir.[12]
Penni Mordont siyasətə marağını Rumıniyada xəstəxana və uşaq evlərində çalışdığı zaman təcrübəsi ilə izah edir. 1989-cu ildə Rumıniya inqilab baş verir və totalitar rejimə son qoyulur.[13]
O Redinq Universitetində fəlsəfəni əyrənir və 1995-ci ildə oranı ikinci dərəcəli fərqlənmə ilə bitirir. O ailələrində universitet bitirən birinci şəxs olur.[10] O tələbə hərəkatında fə\al iştirak edir və universitetin tələbə həmkarlar ittifaqının sədri olur.[14]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "No. 59418". The London Gazette. 13 May 2010. səh. 8744.
- ↑ Mordaunt, Penny. Penny welcome video blog. YouTube. 2009. Event occurs at 0:05. 18 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2018.
- ↑ "Mordaunt, Rt Hon. Penelope Mary, (Rt Hon. Penny), (born 4 March 1973), PC 2017; MP (C) Portsmouth North, since 2010; Minister of State, Department for International Trade, since 2021". WHO'S WHO & WHO WAS WHO (ingilis). doi:10.1093/ww/9780199540884.013.u251190. 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ "Strategic Defence and Security Review". Hansard - UK Parliament. 21 June 2010. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
- ↑ 1 2 "Meet Your Portsmouth North MP". Age UK. 16 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 July 2022.
- ↑ Kinchen, Rosie. "Penny Mordaunt: Get fresh and the mermaid of Westminster will break your arm". The Sunday Times. 12 January 2014. 2 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2019.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;penportraits
adlı istinad üçün mətn göstərilməyib - ↑ Bell, Matthew. "The Feral Beast: Cecilia pins her hopes on the Pope". The Independent. 18 March 2004. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2009.
- ↑ ProFayl: Penny Mordaunt, a risqué but not revolting potential Tory leadership contender Arxivləşdirilib 13 iyul 2022 at the Wayback Machine Conservative Home, March 17 2016. Retrieved 13 July 2022.
- ↑ 1 2 "Penny Mordaunt profile". conservatives.com. 30 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2015.
- ↑ "Penny Mordaunt: Member of Parliament for Portsmouth North". conservatives.com. 16 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2015.
- ↑ Darren Slade. "New minister Penny Mordaunt sawn in half in Bournemouth hotels". Bournemouth Echo. 9 November 2017. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2022.
- ↑ Murphy, Joe. "Howard's harem". Evening Standard. 18 March 2004. 5 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2015.
- ↑ "Penny Mordaunt MP renames landmark University building and gives annual Edith Morley Lecture". University of Reading. 10 March 2017. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2021.