Potentilla reptans
Potentilla reptans | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: Potentilla reptans |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır.
Yarpaq[redaktə | mənbəni redaktə et]
Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür.
Çiçək[redaktə | mənbəni redaktə et]
Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur.
Meyvə[redaktə | mənbəni redaktə et]
Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir. Çiçəkləməsi iyun ayında baş verir. İyun-avqust aylarında meyvə verir.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Dağ meşələrinin açıq yerlərində, alaqlı çəmənlərdə, yol kənarında rast gəlinir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 499.
- ↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |