Qorxmaz Salamov
Qorxmaz Salamov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Baş Göynük, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Suqovuşan, Ağdərə rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Bayram Salamov |
Anası | Səfurə Məsimova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996, Baş Göynük, Şəki rayonu – 14 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin.
Həyatı[redaktə | mənbəni redaktə et]
Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub.[1]
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qorxmaz Salamov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı itkin düşüb.
Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Qorxmaz Salamova "şəhid" statusu verilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (25.06.2023) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (25.06.2023) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ 1 2 "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 25.06.2023. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.06.2023.
- 22 apreldə doğulanlar
- 1996-cı ildə doğulanlar
- 24 yaşında vəfat edənlər
- 14 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Şəki rayonunda doğulanlar
- İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar