Baş Göynük

Baş GöynükAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd.[2] Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir.

Kənd
Baş Göynük
41°19′37″ şm. e. 47°07′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 858 m
Saat qurşağı
Əhalisi
Əhalisi 13260 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5514[1]
Baş Göynük xəritədə
Baş Göynük
Baş Göynük

Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir[3].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 km-dir.

Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Baş Göynük kəndi əhali sarıdan monoetnik quruluşa sahibdir. Belə ki, kənd camaatının mütləq əksəriyyəti müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan Türkləridir. Baş Göynük kəndinin ərazisi Azərbaycan tarixindəki ən qədim Türk-Oğuz məskənlərindən biridir.[4][5][6][7]

•2009-cu il siyahıya alınmasında əhalinin sayı 13260 nəfər təşkil edib.

•2024-cü ilə olan qeyri-rəsmi məlumatlara görə Baş Göynük kəndində 20.000 nəfərədək insan yaşayır.[8]

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Qorxmaz Salamov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin;
  • İbrahim Məmmədov — kimya elmləri doktoru, professor;
  • Rafiq Səmədov — professor, alim;
  • Gülarə Köylü qızı (Qədirbəyova) — XX əsrin əvvəllərində nəşr olunan "Şərq qadını" jurnalının ilk redaktoru, məşhur maarifpərvər, ictimai xadim;
  • Yaqub Mahmudov — sabiq millət vəkili, AMEA-nın Tarix İnstitutunun sabiq direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor;
  • Qərib Calalov — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor;
  • Fərman İsmayılov — fəlsəfə elmləri doktoru, professor;
  • Musa İslamov — filologiya elmləri doktoru, professor;
  • Ziya Hacızadə — geologiya-mineralogiya elmləri namizədi;
  • Baba Babazadə — ədəbiyyatşünas;
  • Abid Şərifov — Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10–15 km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.

Meyvəçilik təsərrüfatda kiçik paya malik olsa da, qoz və fındıq bağları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Kəndin meşələri cır meyvə ağacları ilə zəngindir.

Kəndin böyük turizm potensialı vardır. Yaşıl meşələr, uca dağlar, çaylar, bulaqlar, mülayim iqlim və s. turizm üçün böyük imkanlar açır.

Kənddə Baş Göynük kənd məscidi dini icması fəaliyyət göstərir[9].

Birinci Qarabağ müharibəsində həlak olanlar

  • Məmmədov Habil Sabir oğlu 1972-1992
  • Qurbanov Natiq Mirzəli 16.02.1970-29.10.1992 Ağdam
  • Vəlicanov Süleyman Mabud oğlu 13.09.1964-26.01.1992
  • Məmmədov Bayram Ağaəli oğlu 1960-1992 Fizuli rayonun Qacar kəndi
  • Ağamirzəyev Mübariz Sallman 29.03.1971-05.07.1992
  • Fərəcov Sahib Yaqub oğlu 29.08.1973-06.12.1992
  • Musayev Aslan Həsən oğlu 23.03.1966-08.09.1993
  • Hacıəliyev İlqar Aslan oğlu 01.12.1974-17.02.1993 Tərtər
  • Abdullayev Süleyman Fərman oğlu 15.03.1972-07.02.1993
  • Abdullayev Tahir Yusif oğlu 05.08.1971-15.01.1993
  • Salamov Əjdər Əli oğlu 13.03.1975-17.12.1993
  • Rəcəbov Famil Kamil oğlu 05.06.1973-24.03.1993
  • Ərəbov İsa Vəlyullah oğlu 28.08.1975-06.03.1994
  • Ağabalayev Mikayıl Hümmət oğlu 01.09.1962-26.01.1994
  • Əliyev Natiq Əziz oğlu 21.06.1974-27.01.1994 Ağdərə
  • Məmmədov Natiq Əhməd oğlu 11.09.1966-1994 dekabr Ağdam Güllücə
  • Babayev İsaq Nəriman oğlu 1975-1995
  • Əbilov Hafiz Fərrux oğlu 1976-1995
  • Hümmətov Qəhrəman Məmməd oğlu 1976-1995
  • Məmmədov Vüqar İlyas oğlu 10.05.1977-13.07.1995
  • Aslanov Mübariz Bayram oğlu 1979-1997
  • Qasımov Yusif Oruc oğlu 23.09.1988-24.03.2008
  • Şabəddinov Yusif Bayram oğlu 1989-2008

İkinci Qarabağ müharibəsində həlak olanlar (dört şəhid vermişdir)

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. Baş Göynük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 114. ISBN 978-9952-34-155-3.
  4. https://www.semanticscholar.org/paper/Bil%C9%99cik-v%C9%99-G%C3%B6yn%C3%BCk%3A-O%C4%9Fuz-t%C3%BCrkl%C9%99rinin-%C9%99n-q%C9%99dim-yurd-A%C4%9Fasiyev/68b60b0dbd4e27a2467633a927af5b13668b5e29 (#bare_url_missing_title).
  5. https://dergipark.org.tr/en/download/article-file/970374 (#bare_url_missing_title). 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
  6. (PDF) http://www.ajindex.com/dosyalar/makale/acarindex-1423931472.pdf (#bare_url_missing_title).
  7. "Göynük üsyanı və unudulmuş Anadolu qəhrəmanı". Milli.Az (az.). 2011-12-03. 2016-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
  8. Mənbə göstərin.
  9. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)