Qrossheym keçiyemliyi
Qrossheym keçiyemliyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qrossheym keçiyemliyi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qrossheym keçiyemliyi (lat. Podospermum grossheimii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin keçiyemliyi cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik ot bitkisidir. Gövdələri 10-15 sm hündürlükdədir. Köküstü yarpaqlar çoxsaylı, aztükcüklü, darxətli və ya ləçəkbölümlü, bir az dar xətli (1 mm-ə qədər enində) yan seqmentlərə və daha uzun baş seqmentə malikdir. Gövdə yarpaqları 1-2 sayda, xırda, xətlidir. Səbətlər tək, 25 mm uzunluğundadır. Örtücük səbətin əsasında, ağ-keçəli; xaricdə yerləşən yarpaqcıqlar uzunsov-xətli, təpəcikdə kütvaridir. Toxumcası (ayaqcıqla bir yerdə) 12 mm-dək uzunluqda və 1-1,5 mm enində, çılpaq; zəncirotu sarımtıl rəngli, toxumcadan qısadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevən, quru, çınqıllı yamaclarda, orta dağ qurşağında rast gəlinir .
Yayılması[redaktə | mənbəni redaktə et]
Lənkəranın (Lerik rayonu-Orand kənd ətrafı, Sibirdu dağı yaxınlığında) və Naxçıvanın dağlıq hissələri (Ordubad rayonu — Qapıcıq dağı, Şıxyurdu dağı).
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Məhdud halda yayılması, antropogen və zoogen amillərdir.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Hazırda xüsusi tədbir hazırlanmamışdır. Növün müasir vəziyyətinin öyrəniloməsi, mütəmadi monitorinqlərin aparılması, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ The Plant List (ing.). 2010.