Qrossheym keçiyemliyi

Qrossheym keçiyemliyi (lat. Podospermum grossheimii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin keçiyemliyi cinsinə aid bitki növü.

Qrossheym keçiyemliyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdələri 10-15 sm hündürlükdədir. Köküstü yarpaqlar çoxsaylı, aztükcüklü, darxətli və ya ləçəkbölümlü, bir az dar xətli (1 mm-ə qədər enində) yan seqmentlərə və daha uzun baş seqmentə malikdir. Gövdə yarpaqları 1-2 sayda, xırda, xətlidir. Səbətlər tək, 25 mm uzunluğundadır. Örtücük səbətin əsasında, ağ-keçəli; xaricdə yerləşən yarpaqcıqlar uzunsov-xətli, təpəcikdə kütvaridir. Toxumcası (ayaqcıqla bir yerdə) 12 mm-dək uzunluqda və 1-1,5 mm enində, çılpaq; zəncirotu sarımtıl rəngli, toxumcadan qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı, işıqsevən, quru, çınqıllı yamaclarda, orta dağ qurşağında rast gəlinir .

Lənkəranın (Lerik rayonu-Orand kənd ətrafı, Sibirdu dağı yaxınlığında) və Naxçıvanın dağlıq hissələri (Ordubad rayonu — Qapıcıq dağı, Şıxyurdu dağı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Məhdud halda yayılması, antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hazırda xüsusi tədbir hazırlanmamışdır. Növün müasir vəziyyətinin öyrəniloməsi, mütəmadi monitorinqlərin aparılması, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.

  1. The Plant List (ing.). 2010.