Qulamhüseyn Sədri-Avşar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qulamhüseyn Sədri-Avşar
Doğum tarixi 1934
Doğum yeri
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, leksiqraf

Qulamhüseyn Sədri-Avşar (1934, Urmiya) — İran tarixçisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qulamhüseyn Sədri-Avşar 1935-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir.

Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi.

Qulamhüseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı.

Əsərləri[redaktə | mənbəni redaktə et]

"Tarixi dər Iran", Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda çap olunub. "Iran tariçilərinin və coğrafiyaçılarının həyatı". Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda, "Ibni Sina" nəşriyyatında çap olunub. "Fars dili bu gün", "Iranın müasir mədəniyyəti". Tərtib etdiyi əsərlər: Ə. Dünbilinin "Məasiri Sultaniyyə". Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-ci ildə) Tehranda, "Ibni Sina" nəşriyyatında çap olunub. Məhəmməd Təməddünün "Tarixi Rizaiyyə və Birinci Savşda Iranın vəziyyəti". Tərcümələri: Corc Sartonun 2 cildlik "Elm tarixinə müqəddəmə", Artur Popun "Iran memarlığı", Devid Smit Yucinin "Riyaziyyat tarixi", Denis Rayt "Ingilislər Qacar zamanı Iranda", Eduard Braunun "Iran ədəbiyyatı".

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]