Qulamhüseyn Sədri-Avşar

Qulamhüseyn Sədri-Avşar (d. 1935 – 17 aprel 2018, Tehran) — İran tarixçisi.

Qulamhüseyn Sədri-Avşar
Doğum tarixi 1934
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, leksiqraf

Həyatı[redaktə | mənbəni redaktə et]

Qulamhüseyn Sədri-Avşar 1935-cü ildə Urmiya şəhərində dünyaya gəlib. Tanınmış tarixçidir.

Qulamhüseyn Sədri-Avşar tərcüməçi kimi də şöhrət tapmışdı. Ərəb, fars, ingilis və türk dillərini mükəmməl bilirdi.

Qulamhüseyn Sədri-Avşar Tehranda Milli Cəbhə hərakatına qoşulmuşdu. Burda çətinliklərlə üzləşib Urmiyaya döndü. Qiraətxana açıb, kitabdarlıqla məşğul olmağa başladı. Biliyinin çoxluğu, elminin genişliyi Urmiyaya sığmadı. Yenidən Tehrana qayıtdı.

Əsərləri[redaktə | mənbəni redaktə et]

«Tarixi dər Iran», Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda çap olunub. «Iran tariçilərinin və coğrafiyaçılarının həyatı». Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda, «Ibni Sina» nəşriyyatında çap olunub. «Fars dili bu gün», «Iranın müasir mədəniyyəti». Tərtib etdiyi əsərlər: Ə. Dünbilinin «Məasiri Sultaniyyə». Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-cı ildə) Tehranda, «Ibni Sina» nəşriyyatında çap olunub. Məhəmməd Təməddünün «Tarixi Rizaiyyə və Birinci Savşda Iranın vəziyyəti». Tərcümələri: Corc Sartonun 2 cildlik «Elm tarixinə müqəddəmə», Artur Popun «Iran memarlığı», Devid Smit Yucinin «Riyaziyyat tarixi», Denis Rayt «Ingilislər Qacar zamanı Iranda», Eduard Braunun «Iran ədəbiyyatı».

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]