Rasim Tağıyev
Naviqasiyaya keç
Axtarışa keç
Tağıyev Rasim | |
---|---|
Tağıyev Rasim Məhəmməd oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | yanvar ayı |
Doğum yeri | Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Gədəbəy, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Rasim Məhəmməd oğlu Tağıyev — Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Tağıyev Rasim Məhəmməd oğlu 1969-cu ilin yanvarında Gədəbəy rayonunun Düzrəsullu kənd İƏV-i nümayəndəliyi Göyəlli kəndində dünyaya göz açıb. 1976-cı ildə Zamanlı kənd orta məktəbinə daxil olub və həmin məktəbi 1987-ci ildə bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Qayıtdıqdan sonra, ermənilərin torpaqlarımıza təcavüzü onun 1990-cı ildə könüllü olaraq döyüşlərə qatılmasına səbəb oldu.
Ölümü[redaktə | mənbəni redaktə et]
Gədəbəy bölgəsində gedən döyüşlərdə bir ildən artıq iştirak edən Rasimin son döyüşü 1992-ci ilin avqust ayının 30-da Hörükdaş əməliyyatı zamanı oldu. O, bu döyüşdə də böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.