Rasim Hümmət oğlu Tağıyev - ədəbiyyatşünas, tənqidçi, mətnşünas, biblioqraf, 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1967).
Rasim Tağıyev | |
---|---|
Tağıyev Rasim Hümmət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Xəlfərəddin, Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Xəlfərəddin, Ağcabədi rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
1938-ci il iyunun 25-də Azərbaycanın Ağcabədi rayonunun Xəlfərəddin kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962).
Xəlfərəddin kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962). Azərtədrisnəşrdə, Azərnəşrdə korrektor olmuşdur (1962-1964), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. “Azərbaycan sovet ədəbiyyatının inkişafında “İnqilab və mədəniyyət” jurnalının rolu (1932-1934-cü illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İnstitutda kiçik elmi işçi (1967-1973), baş elmi işçi vəzifələrində işləmişdir (1973-1987).
1956-cı ildən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmiş, mətnşünaslıq və biblioqrafiya sahəsində ciddi fəaliyyət göstərmişdir: Məmməd Aranlının “Cəbhə gündəliyi” (B., Gənclik, 1975), Əli Nazimin “Seçilmiş əsərləri” (B., Yazıçı, 1979), Nikolay Tixonovun “ Azərbaycan dəftəri” (B., Yazıçı, 1979), Hənəfi Zeynallının “Seçilmiş əsərləri” (B., Yazıçı, 1983) kitablarını tərtib edib ön söz yazmışdır. “Azərbaycan” jurnalı biblioqrafiyası (1923-1972-ci illər)” (B., Elm, 1973), “M. S. Ordubadi (1872-1972)” (B., Elm, 1975) biblioqrafiyası onun zəhmətinin bəhrəsidir. “Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920-1975-ci illər)” (B., Elm, 1983) monumental biblioqrafiyasının müəlliflərindən biridir. Azərbaycan KP rayon komitəsinin mühazirəçilər qrupunun ədəbiyyat və incəsənət bölməsinin rəhbəri olmuşdur. (1970-1974), respublika “Bilik” cəmiyyətində ədəbiyyat və incəsənət üzrə elmi-metodiki şuranın katibi ( 1974-1977), şura sədrinin birinci müavini (1977-ci ildən) olmuşdur. Azərbaycan gənc müxbirlərinin II və III respublika toplanışlarına nümayəndə seçilmişdir (1959-1960). Mətbuatda fəal çıxış etdiyinə görə Azərbaycan LKGİMK-nın (1960), Azərbaycan SSR “Bilik” cəmiyyətinin (1971), AHİŞ-in (1974) fəxri tərifnamələrini almışdır.