Sabir Abbasov
Sabir Abbasov | |
---|---|
Sabir Rzaqulu oğlu Abbasov | |
Doğum tarixi | 8 dekabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Rzaqulu |
Anası | Sərfi |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Satıcı |
Sabir Abbasov (tam adı: Sabir Rzaqulu oğlu Abbasov; 8 dekabr 1967, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Binə, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
1967-ci il 8 dekabrda Bakının Binə qəsəbəsində anadan olmuşdur. Əvvəlcə Mərdəkandakı 117 nömrəli tam orta məktəbi, daha sonra isə Şüvəlandakı 42 nömrəli texniki-peşə məktəbini bitirmişdir.[2] Sonra isə əvvəlcə Ukrayna SSR-da, daha sonra isə Macarıstanda hərbi xidmət çəkmişdir. 1989-cu ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Binə təyyarə limanında satıcı işləmişdir[3].
Subay idi. 3 qardaşı, 6 bacısı var idi.
Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]
Axşam saat 10-da işdən çıxmışdır. Binə-Mərdəkan yolunda yaralanmış, güllə baldırına girərək[2] qarnından çıxmışdır.[3] Özünü kanala atdığından kanalın suyu da qanına qarışmış, əlavə olaraq Sabirin su balansı pozulmuşdur. Yoldaşları gecə saat 23.05-dəqiqədə Sabiri xəstəxanaya gətirmiş, Sabir gətirildikdən 10 dəqiqə sonra vəfat etmişdir. Səhər Sabirin meyidi Mərdəkandakı 26 nömrəli xəstəxanadan tapılmışdır.
Binə kənd qəbiristanlığında dəfn edilmişdir.
Ünvanı[redaktə | mənbəni redaktə et]
Bakı, Binə qəsəbəsi, Bünyadzadə küçəsi 3, mənzil 23
Xatirəsi[redaktə | mənbəni redaktə et]
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəb onun adını daşıyır.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
- Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ 1 2 "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- ↑ 1 2 "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.