Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd.[1]
Binə | |
---|---|
39°34′59″ şm. e. 46°54′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.102 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır[2]) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır.[3]
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır.[4] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[5]
Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4331 | Məbəd[6] | XVIII əsr | Binə kəndi | Memarlıq | Yerli |
Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında[7], Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə[2], Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir[7].
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[8] | XXXX | XXXX | XXXX |
2009[9] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var[7].
İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu[7].
İşğaldan qabaq kənddə orta məktəb, kitabxana, uşaq bağçası var idi[7].
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
İşğaldan qabaq kənddə tibb məntəqəsi var idi[7].