Xəzər rayonu

Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 11 may 2010-cu il tarixli, 1009-IIIQ saylı Qərarı ilə rayon Xəzər rayonu adlandırılmışdır.[3]

Xəzər rayonu
40°27′23″ şm. e. 50°06′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 3 noyabr 1934[1]
Əvvəlki adı Əzizbəyov rayonu
Sahəsi
  • 336,86 km²[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 168.400 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Digər
xazar-ih.gov.az
Xəzər rayonu xəritədə
Xəzər rayonu
Xəzər rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonunun ərazisi qədim yaşayış məskənlərindən hesab olunur. İndiki Xəzər rayonunun yaşayış məntəqələri 1921–1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən "Qala-Maştağa inzibati rayonu" nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S. Artyom (F. S. Sergeyev) rayonu inzibati vahidliyinə qatılır. 1966-cı ildə "M. Əzizbəyov adına rayon" inzibati ərazi vahidliyi təsis olunur. 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək "Xəzər" adlandırlmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununu qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamış və Qanun hüquqi qüvvəyə minmişdir.

17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır.

Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən (Pirallahı, Çilov və Neft Daşları) ilə yanaşı Gürgən qəsəbə inzibati ərazi dairəsi də Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

Hazırda 8 yaşayış məntəqəsini (Mərdəkan, Buzovna, Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Türkan) özündə birləşdirən Xəzər rayonunun ərazisi 336,86 km²., əhalisinin sayı isə 167100 nəfərdir.

Rayonda Milli Aviasiya Akademiyası, Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbi, Dendrologiya İnstitutu, 29 tam, 1 orta məktəb, 3 gimnaziya, 6 internat məktəbi, 23 uşaq bağçası, 3 özəl bağça, 2 uşaq sağlamlıq düşərgəsi, "Cırtdan" və Ç. Mustafayev adına düşərgələr, 1 Mədəniyyət sarayı, 8 mədəniyyət evi, 1 klub, 7 ktabxana, 1 Gənclər Evi, 22 istirahət və xatirə parkları, 8 qəsəbə nümayəndəliyi, 8 qəsəbə bələdiyyəsi, fəaliyyət göstərən 25 sənaye müəssisəsi, 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi, Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Maliyyə Nazirliyi, Dövlət Xəzinadarlıq Agentliyinin 3 saylı Xəzinədarlıq İdarəsi, "Bakı Telefon Rabitəsi" MMC-nin 5 Saylı Rabitə Xidmətləri Mərkəzi, "Azərpoçt" MMC-nin 4 saylı poçt filialı, "Azərsu" ASC-nin Xəzər rayon Su-Kanal Departamenti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 2 saylı DOST mərkəzi, 2 Saylı Ərazi Məşğulluq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xəzər rayonu üzrə "KOB Dostu", Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayonu üzrə Texniki İstismar Xidməti, "Azərişıq" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Zirə Enerji Təchizatı və Satışı Sahəsi, "Bakı Şəhər İşığı" elektrik şəbəkə müəssisəsi Xəzər texniki istismar rayonu, Dövlət Sığorta Kommersiya Şirkətinin Xəzər rayon filialı, Rayon baytarlıq sahəsi, 22 müalicə-profilaktika müəssisəsi, 2 psixo-nevroloji xidmət müəssisəsi, və s. mövcuddur.

Bundan əlavə rayon ərazisində 18851 məcburi köçkün, 105 şəhid ailəsi, 171 Qarabağ müharibəsi əlili, 5 "20 Yanvar" şəhid ailəsi, 14 "20 Yanvar" əlili, 27 Çernobıl AES əlili, 8 Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 642 Qarabağ müharibəsi veteranı, 1 Milli qəhrəman vardır.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Abşeron yarımadasının şimal-şərqində yerləşən Xəzər rayonu Sabunçu, SuraxanıPirallahı rayonları ilə həmsərhəddir.

Xəzər rayonu Bakı şəhərinin rayonları arasında iqtisadi potensialına, çoxşaxəli iqtisadiyyatına və bir sıra sosial-iqtisadi göstəricilərinə görə seçilir. Burada 1-neft-qazçıxarma idarəsi, 25-ə yaxın iri sənaye müəssisəsi və 70-ə yaxın kənd təsərrüfatı müəssisəsi vardır. Bunlardan "İqlim" Elmi İstehsalat Müəssisəsi, Qala maşınqayırma zavodu, "Göknur" Kabel zavodu, "NB Group" boya zavodu, Şimal DRES, Şüvəlan Şirniyyat Fabriki və digər istehsal müəssisələri fəaliyyət göstərir. Rayonun sosial-iqtisadi həyatında, eləcə də əhalinin məşğulluğu baxımından öncül yeri neft-qaz hasilatı, energetika sahəsi üzrə ixtisaslaşmış müəssisələr və müasir istixana kompleksləri mühüm yer tutur. Dünya standartlarına cavab verən Heydər Əliyev adına Bakı Hava Limanı Xəzər rayonu ərazisində yerləşməsini rayon üçün strateji üstünlüklərdən biri kimi qəbul edilir. Rayon ərazisində 11 bank filialı, 7 mənzil istismar sahəsi, 13 poçt şöbəsi fəaliyyət göstərir.

Xəzər rayonunda 3 ali məktəb , 29 tam, 1 ümumi orta məktəb, 3 gimnaziya, 1 Lisey ,6 internat məktəbi, 2 peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 23 dövlət, 2 özəl bağça fəaliyyət göstərir.

Rayonda 1 Mədəniyyət Sarayı, 8 mədəniyyət evi və 1 klub, 3 musiqi məktəbi, 7 kitabxana, 4 muzey, (Qala Dövlət Tarixi Etnoqrafiya Arxitektura Muzeyi və S. Yeseninin muzeyi, Murtuza Muxtarovun ev Muzeyi, Hacı Zeynalabdin Tağıyevin ev Muzeyi), əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müasir tələblərə cavab verən 16 istirahət parkı və 6 xatirə parkı mövcuddur.

Rayonda 4 birləşmiş şəhər xəstəxanası, 2 vərəm xəstəxanası və 1 dispanser, 3 uşaq və yeniyetmələr üçün vərəm əleyhinə sanatoriya, 2 uşaq sanatoriyası, 1 şəhər poliklinikası, 1 Müalicə Diaqnostika mərkəzi, 1 Uşaq reabilitasiya xəstəxanası, 1 Səhiyyə Nazirliyinin Sanatoriya-Kurort və Reabilitasiya Mərkəzi, 1 özəl klinika və 4 özəl müalicə diaqnostika mərkəzi, 2 müharibə əlilləri və veteranları üçün pansionat, 1 müharibə veteranları xəstəxanası, 3 kurort-müalicə sanatoriyası və 2 psixo-nevroloji Sosial Müalicə müəssisəsi, 1 stomatoloji poliklinika fəaliyyət göstərir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. Xəzər rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Qanunvericiliyini, eyni zamanda Gənclər və İdman siyasəti üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq, müxtəlif tədbirlər planı hazırlayır və onları həyata keçir. Xəzər rayonunda Gənclər və İdman İdarəsinin təşkil etdiyi idman tədbirlərinin keçirilməsi üçün rayonda müasir tələblərə cavab verən idman kompleksləri yaradılmışdır. Belə ki, rayonda 1 Olimpiya kompleksi, 7 böyük stadion, 4 məhəllələrarası stadion, 25 Ali və orta məktəblərin ərazisində olan stadion, 10 idman klubu, 371 idman bölməsi, 1 "Atçılıq" klubu (Azərbaycan Respublikası Atçılıq Federasiyası), 4 üzgüçülük hovuzu, 1 Ağır Atletika Akademiyası, 2 idman zalı (Binə və Buzovna qəsəbəsində), 1 Tədris İdman Bazası (Buzovna qəsəbəsi), 1 idman kompleksi (Zirə qəsəbəsində) fəaliyyət göstərir.

Azərbaycanın turizm üzrə ixtisaslaşmış rayonları ilə yanaşı son illərdə rayonumuzda da turizm sahəsinin inkişafı üçün əməli addımlar atılmışdır. Tikilən hotellər, restoranlar, yolların müasir standarlara uyğun qurulması, infrastrukturun yaxşılaşdırılması, xidmət vərdişlərinə yiyələnmək, qədim tarixi abidələr, ən əsası təbiətin möhtəşəmliyi insanların Xəzər rayonuna gəlməsinə imkan yaradır.

Rayonun Qala qəsəbəsində "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi", Zirə qəsəbəsində "Zirə Mədəniyyət Mərkəzi və Eko-Park" , Mərdəkan qəsəbəsində "Dalga Beach Aquapark Resort", "Xəzər Golden" Beach, "Your Şanı" Hotel and Villas, "Karvan" , "Çahargah" , "Maqnium a-Dellmar", Buzovna qəsəbəsində "Retro" , Xəzər İnci" kimi otellər və istirahət mərkəzləri fəaliyyət göstərir. Bundan əlavə rayonda "Qaranquş" (uroloji), "Abşeron" (qastroenteroloji) və "Günəşli" (nevroloji) kimi məşhur sanatoriyalar da mövcuddur.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı

[redaktə | mənbəni redaktə et]

Salahov Elşən Rövşən oğlu

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Rayonun millət vəkilləri

[redaktə | mənbəni redaktə et]
Qəsəbənin adı Ərazisi (kv. km) Əhalisi (nəfər)
Mərdəkan qəsəbəsi 17,9 24965
Şüvəlan qəsəbəsi 33,27 19362
Buzovna qəsəbəsi 39,06 31799
Binə qəsəbəsi 32,79 56928
Qala qəsəbəsi 82,04 4901
Türkan qəsəbəsi 40,22 12375
Şağan qəsəbəsi 4,24 3554
Zirə qəsəbəsi 87,34 12316
  1. 1 2 http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. https://xazar-ih.gov.az/page/10.html.
  3. "Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 may 2010-cu il tarixli, 1009-IIIQ saylı Qərarı". 15 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2022.
  4. "Arxivlənmiş surət". 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]