Sadiq Tağıyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sadiq Rza Oğlu Tağıyev
Doğum tarixi 5 sentyabr 1959(1959-09-05) (64 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Atası Rza Tağıyev
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru[d]
İş yeri Ukraynanın Çerniqiv vilayətinin Apelyasiya məhkəməsinin sədri (2010–2018 illərdə)

Sadiq Rza Oğlu Tağıyev (5 sentyabr 1959, Əyyublu, Tovuz rayonu) — Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010–1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib.[1] O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb.[1] Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadiq Tağıyev "İstintaq zamanı telefon dinləmələrinin qaydaları" mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub. İxtira hesab edilən eyniadlı monoqrafiyası da çap edilib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Ukraynada azərbaycanlı Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sədri təyin olunub". 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  2. 1 2 3 "Azərbaycanlı alimdən dinləmə ixtirası". 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.