Sadiq Tağıyev

Sadiq Rza Oğlu Tağıyev - Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru.[1][2]

Sadiq Rza Oğlu Tağıyev
Doğum tarixi
Doğum yeri Azərbaycan
Vətəndaşlığı Ukrayna Ukrayna
Milliyyəti Azərbaycanlı
Atası Rza Tağıyev
Elm sahəsi Hüquq
Elmi dərəcəsi Hüquq elmləri doktoru
İş yeri Ukraynanın Çerniqiv vilayətinin Apelyasiya məhkəməsinin sədri (2010-2018 illərdə)
Tanınır Hüquqşünaslıq

Həyatı[redaktə | mənbəni redaktə et]

1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu (Tovuz) kəndində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010-1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib.[1] O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb.[1]. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sadiq Tağıyev “İstintaq zamanı telefon dinləmələrinin qaydaları” mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub. İxtira hesab edilən eyniadlı monoqrafiyası da çap edilib.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Ukraynada azərbaycanlı Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sədri təyin olunub". 2018-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.
  2. 1 2 3 "Azərbaycanlı alimdən dinləmə ixtirası". 2018-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.