Sarıgilə daş sarmaşığı
Sarıgilə daş sarmaşığı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Sarıgilə daş sarmaşığı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Sarığilə daş sarmaşığı
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Avropada,Asiyada,Şimali Amerikada bitir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine