Soğan milçəyi
Soğan milçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Soğan milçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Soğan milçəyi (lat. Delia antiqua) — buğumayaqlılar tipinin ikiqanadlılar dəstəsinin çiçək milçəkləri və ya gülçülər fəsiləsinə aid olan növ.
Xarici quruluşu[redaktə | mənbəni redaktə et]
Rəngi bozdur, kürəyində yaşıl ləkə vardır. Uzunluğu 5–7mm-dir. Yumurtası uzunsovdur, 1–1.1 mm-dir. Sürfəsi ayaqsızdır, ağ rənglidir, başı yoxdur, onu bir cüt kəlbətinvari çənə əvəz edir. Uzunluğu 10 mm-ə çatır.[2]
Həyat tərzi[redaktə | mənbəni redaktə et]
Qışlamadan çıxan dişi fərdlərin cinsiyyət məhsulları əksər hallarda hzır olur. Buna görədə az müddətdən sonra yumurta qoymağa başlayır. Yumurta topa halında, bir cərgədə qoyulur. Rüşeymin inkişafı 3–5 gün çəkir, sürfələr çıxır. Bir soğanın içərisində bir neçə sürfə olur. sürfənin inkişafı 15–20 günə başa çatır. Bu müddət ərzində 3 dəfə qabıq dəyişir. Soğan milçəyinin bir ildə 2–3 nəsil verir.[3]
Yayılması[redaktə | mənbəni redaktə et]
Şimali Amerika, Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, Çin, Yaponiya və Koreyada yayılıb. Azərbaycanın bütün rayonlarında geniş yayılaraq soğan, bəzi hallarda isə sarımsağa zərər vurur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
- ↑ N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
- N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964
- Azərbaycan heyvanlar aləmi. II-Buğumayaqlılar. Bakı, Elm, 2004, −388 səh.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Delia (=Hylemyia) antiqua (Meigen)
- NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÇƏYİRDƏKLİ MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLAR VƏ ONLARIN ENTOMOFAQLARI[ölü keçid]
- Zərərli həşəratlar: neyroendokrin tənzimin fizioloji və biokimyəvi aspektləri