Töyrətəpə (Ağcabədi)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Töyrətəpə-Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb.

Bu tarixi abidə miladdan öncə III-II minillikləri-Eniolit dövrünü əhatə edir. Ağcabədi rayonunun Şənlik və Cəfərbəyli kəndləri ərazisində Tövrətəpə oronimi qeydə alınıb.Qax,Qazax, Bərdə, Göyçay, Xanlar, Şəki rayonları ərazisində də Tövrətəpə coğrafi adına rast gəlinir.

Toponim töyrə (tövrə) və təpə sözlərindən ibarətdir. Tavr sözü ərab dilində "hərəkət, hal, tərz, surət" deməkdir. Qədim türk dillərində tavur sözü (arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer, "köçün düşərgə yeri" mənasındadır.Əski türklərdə törə sözü "qanun" anlamı bildirərək dövlət, el ilə bağlı işlənmişdir. Töyrətəpə (Tövrətəpə) toponimi davar (mal-qara, qoyun)sözü ilə də əlaqələndirirlər. Görünür, bəzi coğrafi adlarda işlənilən bu termin müəyyən fonetik dəyişikliyə uğramışdır.[1]

Kültəpə (Ağcabədi)

Üçtəpə (Ağcabədi)

  1. Nazim Tapdıqoğlu (Vəlişov) Ağcabədi Ensiklopediyası."Təhsil" NPM, Bakı-2007