Cəfərbəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Cəfərbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Cəfərbəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cəfərbəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Cəfərbəyli | |
---|---|
40°04′50″ şm. e. 47°24′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim Kəbirlilərin Cəfərbəyli tirəsinin adı ilə bağlıdır. Təzə yaranan vaxtı adı həm də Qiyanbanlı olmuşdur. Cəfərbəyli kəndi XIX əsrin II yarısında yəni 1885-ci ildə salınmışdır.
Cəfərbəyli kəndinin ərazisi 10.3 km² olmaqla əhalisi 934 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır[3].
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |