Teymuruçandağ yatağı
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən Elnur İbiş oğlu Səfərov. "Kiçik Qafqazın faydalı-qazınti yataqları". Bakı: 2012 kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Teymuruçandağ yatağı — Azərbaycanda kvars yatağı. Sultanheydər-Qatardaşın antiklinalının şimal-qərb qanadında yerləşir.[1]
Tərkibi[redaktə | mənbəni redaktə et]
Teymuruçandağ yatağının kvars damarları mineral tərkibindən asılı olaraq, kvars-molibden və kvars-polimetallara bölünür. Burada kvars-molibden damarları daha çox inkişaf etmişdir. 1962-ci ildə Q. Q. Əliquliyev, A. M. Babayev və digər tədqiqatçılar tərəfindən kvars-molibdenit damarları iki qrupa ayrılmışdır: kvars-pirit-molibdenitli və sulfid-molibdenit damarları. Teymuruçandağ yatağında aşağıdakı filiz mineralları müəyyən edilmişdir: əsas minerallar – molibdenit, pirit, xalkopirit. İkinci dərəcəli minerallar arasında sfalerit, qalenit, tutxun filizləri, kovellin, bornit, azurit, xalkozin, serussit və s. yer alır. Filizin teksturası əsasən zolaqlı, brekçiyavari və kollomorf olaraq müəyyən edilmişdir. Yataq 41 kvars damarı və hidrotermal dəyişilmə zonaları ilə təmsil olunur. Filiz damarlarının qalınlığı 0,1–1,8 m arasında dəyişir və onların uzunluğu şimal-şərq istiqamətindədir. Damarlarda molibden miqdarı 0,01–0,2 %, misin miqdarı 0,001–1 %, sink miqdarı isə 0,01–0,74 % arasında dəyişir.[1]