Teymuruçandağ yatağı

Yerləşdiyi ərazi[redaktə | mənbəni redaktə et]

Sultanheydər-Qatardaşın antiklinalının şimal-qərb qanadında yerləşir[1].

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Mineral tərkibindən asılı olaraq kvars damarları kvarsmolibden və kvars-polimetallara bölünürlər. Kvars-molibden damarları daha çox inkişaf etmişdir. Q. Q. Əliquliyev, A. M. Babayev və digər tədqiqatçılar 1962-ci ildə kvars-molibdenit damarlarını iki qrupa bölüblər: Kvars-pirit-molibdenitli və sulfidmolibdenit damarlar. Bu filiz yatağında aşağıdakı filiz mineralları müəyyən edilib: əsas minerallar –molibdenit, pirit, xalkopirit, ikinci dərəcəli minerallara isə sfalerit, qalenit, tutxun filizlər, kovellin, bornit, azurit, xalkozin, serussit və s. aiddir. Filiz əsas zolaqlı, brekçiyavari və kollomorf teksturaya malikdir. Yataq 41 kvars damarı və hidrotermal dəyişilmə zonaları ilə təmsil olunur. Filiz damarlarının qalınlığı 0,1-1,8 m, uzanmaları şimal-şərq istiqamətindədir. Damarlarda molibdenin miqdarı 0,01-0,2 %, misin miqdarı 0,001-1%, sinkin miqdarı isə 0,01- 0,74%-dir[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. 1 2  Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012