Tofiq Qocamanov
Tofiq Qocamanov | |
---|---|
Tofiq Əsədxan oğlu Qocamanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 iyul 1971 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyul 1992 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Döyüşlər |
Qocamanov Tofiq Əsədxan oğlu (13 iyul 1971, Daşkənd, Vardenis rayonu – 16 iyul 1992, Ağdərə rayonu) — Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Qocamanov Tofiq Əsədxan oğlu 13 iyul 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1978–1988-ci illərdə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbində oxumuşdur.[2]
1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bakı şəhərində məskunlaşmışdır.
1989–1991-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
17 aprel 1992-ci ildə Bakı şəhəri Nizami RHK tərəfindən Milli Orduya könüllü getmişdir. Kiçik çavuş rütbəsində Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişdir.
Tofiq Qocamanov 16 iyul 1992-ci ildə Ağdərə rayonundakı döyüşlər zamanı şəhid olmuş, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.[3]
Subay idi.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Tofiq Qocamanov // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə).
- ↑ Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 260. ISBN 978-9952-568-22-6.
- ↑ Qocaman Qocamanov "Göyçə mahalında, Daşkənd elində" "Nurlan" nəşriyyatı-2007. səh. 24
- 13 iyulda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Daşkənddə (Göyçə) doğulanlar
- 16 iyulda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 21 yaşında vəfat edənlər
- Ağdərə rayonunda vəfat edənlər
- Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)
- Daşkənd kənd orta məktəbinin məzunları
- Əlifba sırasına görə hərbi xadimlər
- Göyçədə doğulanlar
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Ağdərədə vəfat edənlər
- Ermənistandan deportasiya olunmuş azərbaycanlılar