Tofiq Qocamanov

Qocamanov Tofiq Əsədxan oğlu (13 iyul 1971, Daşkənd, Vardenis rayonu16 iyul 1992, Ağdərə rayonu) — Qarabağ müharibəsi şəhidi.[1]

Tofiq Qocamanov
Tofiq Əsədxan oğlu Qocamanov
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyul 1971(1971-07-13)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1992(1992-07-16) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti A.R. Silahlı Qüvvələri
Döyüşlər

Qocamanov Tofiq Əsədxan oğlu 13 iyul 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1978–1988-ci illərdə Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbində oxumuşdur.[2]

1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bakı şəhərində məskunlaşmışdır.

1989–1991-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

17 aprel 1992-ci ildə Bakı şəhəri Nizami RHK tərəfindən Milli Orduya könüllü getmişdir. Kiçik çavuş rütbəsində Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə iştirak etmişdir.

Tofiq Qocamanov 16 iyul 1992-ci ildə Ağdərə rayonundakı döyüşlər zamanı şəhid olmuş, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.[3]

Subay idi.

  1. Tofiq Qocamanov // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə).
  2. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 260. ISBN 978-9952-568-22-6.
  3. Qocaman Qocamanov "Göyçə mahalında, Daşkənd elində" "Nurlan" nəşriyyatı-2007. səh. 24