Vahid Abbasov
VAHİD ABBASOV | |
---|---|
Vahid Muxtar oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Yusifcanlı kəndi |
Vəfat tarixi | 8 oktyabr, 1992 |
Vəfat yeri | Füzuli rayonu, Şaqrağdağ yüksəkliyi |
Vəfat səbəbi | şəhid olmuşdur |
Mükafatları |
Abbasov Vahid Muxtar oğlu — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir
Həyatı[redaktə | mənbəni redaktə et]
Vahid Abbasov 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1979 – cu ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi- nin birinci sinfinə getmiş 1989 – cu ildə həmin məktəbi əla qiymətlərlə, ictimai – siyasi cəhətdən olduqca fəal, əsil vətənpərvər bir gənc kimi bitirmişdir(1989-90- cı illərin Sumqayıt və qanlı 20 Yanvar hadisələri ona çox təsir etmiş, demək olar ki, bütün həyatını dəyişmışdir). 1992-ci il oktyabrın 8-də Füzuli rayonunun Şaqrağdağ yüksəjliyi uğrunda gedən döyüş əməliyyatında şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Məqsədi[redaktə | mənbəni redaktə et]
Vahidin arzusu, məqsədi həkim olmaqdı. Yeddinci sinifdən sonra Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi-nin biologiya müəllimi Rövşən müəllimin köməkliyi ilə məktəbi bitirənə qədər ciddi-cəhdlə bütün vaxtını ancaq bu məqsəd yolunda oxumağa, çalışmağa həsr etmişdi. Demək olar ki, Vahid bütün uşaqlıq və gənclik ilərini əyləncələrdən uzaq şəkildə bu məqsədinə, qalan ömrünü isə qəhrəmanlara məxsus şəkildə (sonunu düşünən qəhrəman olamaz) Vətəni – gənc Azərbaycan Respublikası-nın ərazi bütövlüyü uğrunda fəda etmişdir.
İgidliyi[redaktə | mənbəni redaktə et]
Haqqında yazılanlar[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- Yusif Əkbərov, Şahin Qasımov "Qarabağda bir kənd var – Yusifcanlı". Bakı. 2004
- http://www.e-qanun.az/alpidata/framework/data/9/f_9017.htm Arxivləşdirilib 2019-02-14 at the Wayback Machine