Yusifcanlı

YusifcanlıAzərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Yusifcanlı
39°58′23″ şm. e. 47°03′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Ağdam rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yusifcanlı xəritədə
Yusifcanlı
Yusifcanlı
Yusifcanlı xəritədə
Yusifcanlı
Yusifcanlı

İlk dəfə 1993-cü il 12 iyun tarixində Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun birlikləri Ergi düzünü keçərək, Mərzili kəndinin aşağı hissəsindən Yusifcanlı və Qiyaməddinli kəndlərinə hücum ediblər. Nəticə olaraq Yusifcanlı kəndində 2 nəfər dinc sakin şəhid olub, 4 nəfər isə girov götürülüb. Ermənilərin geri oturdulması üçün aparılan döyüşlər nəticəsində 10-a yaxın hərbçi şəhid olub, bir hərbçi isə girov götürülmüşdü. Kənd 12 aprel 1994-cü ildə işğal edilmiş, 10 noyabr 2020-ci il razılaşmasına əsasən 20 noyabrda Azərbaycana qaytarılıb.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bu kənd Ağdam şəhərindən 12 km cənub şərqdə, Qarqarçay -ın sağ sahilindəki ərazidə yerləşir.

Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir.

Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçay-dan götürülən sular və Tərtərçay -dan Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçay-ın sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından "Qobu" deyilən "Quru çay" dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb.

Qobudan əlavə "Qışlaq arxı" (Qışdı arxı) və "Köndələn arxı" da suvarmada istifadə olunub. "Köndələn arx" qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində ƏfətliAcarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan "Quzeydən" massivi Mərzili tərəfdədir. "Qızlar" arxı da buradadır.

Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakı-dan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakı-da 8 tamam olanda kənddə 8-ə hələ 12 dəqiqə qalır. Günəş Yusifcanlı-da Bakı-dan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayı-na qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvator-a qədər olan məsafə 4450 km, şimal qütbü-nə qədər isə 5565 km-dir.

İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250–300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur.

Flora və faunası

[redaktə | mənbəni redaktə et]

Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çöllər xüsusi əhəmiyyətli biyanla başdan-başa örtülür.

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbağa, qurbağa , quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Minalardan təmizlənməyi gözləyən kəndlər, dağıdılmış evlər... - Ağdamın viran qoyulmuş "Yusifcanlı"sından FOTOREPORTAJ". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]