Valeh Babayev
Valeh Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qobustan rayonu, Nərimankənd |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Horadiz |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Qobustan şəhər qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Nuranə Babayeva |
Uşaqları | Aydan Babayeva, Səid Babayev |
Atası | Dadaş Babayev |
Anası | Cəmilə Babayeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1994-2007 |
Rütbəsi | Baş leytenant |
Təltifləri |
Valeh Dadaş oğlu Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2007-ci il 6 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Həyatı[redaktə | mənbəni redaktə et]
Valeh Babayev 1977-ci ilin 14 iyun günündə Qobustan rayonunun Nərimankənd kəndində Dadaş və Cəmilə Babayevlərin ailəsində anadan olub. Ailənin birinci övladı olan Valeh 1983-ci ildə Qobustan rayonu Nərimankənd kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 1994-ci ildə isə həmin məktəbi bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil almışdır.
Ailəli idi, Aydan və Səid adlı iki övladı yadigar qalıb.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Valeh Babayev 1998-ci ilin iyun ayından müxtəlif illərdə Silahlı Qüvvələrin və Quru Qoşunlarının hərbi hissələrində taqım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib.
2007-ci ilin noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Babayev bədənin müxtəlif nahiyələrindən qəlpə yarası aldı. İlkin tibbi yardım göstərildikdən sonra Füzuli rayon Əhmədbəyli Hospitalına çatdırılsa da, baş leytenant Valeh Babayev qanaxma nəticəsində qəhrəmancasına şəhid oldu.
Dəfni[redaktə | mənbəni redaktə et]
Noyabrın 6-sı baş leytenant Valeh Babayev anadan olduğu Nərimankənd kənd qəbirstanlığında izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri də qatıldı. Baş leytenant Valeh Babayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Baş leytenantın tabutuna çəkilən bayraq isə şəhidin qardaşı İslam Babayevə təqdim olundu.
Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]
Sitatları[redaktə | mənbəni redaktə et]
"İnsan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də gərək şərəflə gedəsən". |
İrsi[redaktə | mənbəni redaktə et]
Qobustan şəhərində böyüyüb boya başa çatdığı küçə şəhid Valeh Babayevin adını daşıyır.[1] 2018-ci ildə, həmin küçədə Valeh Babayevin şərəfinə ucladılmış bulaq-abidə kompleksinin açılışı həyata keçirilmişdir.[1]