Horadiz

Horadiz (müxtəlif adlarla QoradizQaradiz) — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz şəhər inzibati ərazi dairəsində şəhər.[2] Araz çayının sol sahilində, düzənlikdədir. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.[3]

Şəhər
Horadiz
azərb. Horadiz
rus. Горадиз
39°26′52″ şm. e. 47°20′11″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 160 m
Saat qurşağı
Əhalisi
Əhalisi 7.600[1] nəfər (2019)
Milli tərkibi azərbaycanlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1900
Xəritəni göstər/gizlə
Horadiz xəritədə
Horadiz
Horadiz
Horadiz xəritədə
Horadiz
Horadiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Horadiz

1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalıb. Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilib.

Adı Sovet dövründən Qoradiz və ya Qaradiz deyə adlandırıldığından, yerli əhali hələ də şəhəri belə adlandırır.

Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Daha sonralar Horadizə şəhər tipli qəsəbə statusu verilib. Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib. 24 oktyabr 1993-cü ildə Ermənistan ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib. Azərbaycan ordusunun əks-hücumu nəticəsində (bax: Horadiz əməliyyatı) 1994-cü il yanvarın 5-də Horadiz işğaldan azad edilib. Azərbaycan Respublikası prezidentinin 23 oktyabr 2007-ci ildə verdiyi fərmana əsasən Horadizə şəhər statusu verilib.

Arxiv sənədində Yuxarı Qarabağın Dizaq nahiyəsində Horadis kimi qeyd olunmuşdur. "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat", "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir.[4]

Horadizdə XIX əsrdə tikilmiş məscid yerləşir. Horadiz şəhərində 3 tam orta ümumtəhsil məktəbi, 1 xəstəxana, xalçaçılıq kombinatı, çörək kombinatı, 1 poliklinika, 2 uşaq baxçası, bayraq meydanı, gənclər evi, 4 istirahət parkı, avtovağzal, rəsm qalereyası, xatirə parkları, şadlıq evi, bazar, mehmanxana, olimpiya kompleksi və müxtəlif dövlət və qeyri dövlət müəssisələri, digər əhəmiyyətli obyektlər yerləşir.

İl Sayı
2012 7.100
2019 7.600 [5]
  • Araz Baxşəliyev
  • Vüqar Zamanov
  • Rəfael Əliyev
  • İlqar Baxışov

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhərdə son illər bir çox obyektlər tikilmişdir. İdman Olimpiya Kompleksi, Bayraq muzeyi, Muğam mərkəzi, Gənclər evi, H. Əliyev Mərkəzi, YAP-nın inzibati binası, Təhsil şöbəsinin binası, Polis şöbəsi, Kənd Təsərrüfatı İstehsalatı İdarəsinin binası, Aqrolizinq ASC-nin inzibati binası, Dövlət Sığorta İdarəsinin binası, Rəsm Qalereyası, Diyarşünaslıq Muzeyi, İcra Hakimiyyətinin inzibati binası, Qonaq evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi, Statistika İdarəsi, Torpaq Xəritəçəkmə İdarəsi, DSMF, Qaz İstismar Sahəsinin binası, Seyesmoloji və elektrik stansiyası daxildir.

  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Horadiz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı,2005
  5. https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/demoqraphy_2019.zip.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]