Xırdabaşlıqlı gəvən
Xırdabaşlıqlı gəvən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Xırdabaşlıqlı gəvən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür. Tacı sarımtıl, 2 dəfə kasacıqdan uzundur. İyun-iyul aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir. Meyvəsi uzunsov, sıx, yaxud az tüklüdür.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Orta dağ qurşaqlarında, tək-tək hallarda isə yuxarı dağ qurşaqlarında bitir. Daşlı, qayalı yerlərin quru yamaclarında bitir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində, Naxçıvanda rast gəlmək olar. Xırdabaşlıqlı astrakanta başqa növlərə nisbətən Azərbaycanda az yayılmışdır.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Qatran vermək qabiliyyətinə malikdir.
Sinonimləri[redaktə | mənbəni redaktə et]
Homotipik sinonimləri[redaktə | mənbəni redaktə et]
- Astracantha microcephala (Willd.) Podlech
- Tragacantha microcephala (Willd.) Kuntze
Yarımnövləri[redaktə | mənbəni redaktə et]
- Astragalus microcephalus subsp. microcephalus
- Astragalus microcephalus subsp. pycnocladus (Boiss. & Hausskn.) Širj.