Xəyyam – Sakkeri dördbucaqlısı
Naviqasiyaya keç
Axtarışa keç
Xəyyam – Sakkeri dördbucaqlısı — bir tərəfinə bitişik bucaqları düz bucaq olan, bu tərəfə qonşu olan tərəfləri bərabər olan dördbucaqlıdır.
Xəyyam – Sakkeri dördbucaqlısının Loboçevski həndəsəsinin yaradılma tarixində böyük rolu olmuşdur.
İsbat olunur ki, bu dördbucaqlının digər iki bucağı bərabərdir. Bu bucaqların qiyməti haqqında üç hipotez mümkündür:
- Həmin bucaqların iti olması;
- Həmin bucaqların düz olması;
- Həmin bucaqların kor bucaq olması.
Sakkeri (1667–1733) hər üç fərziyyəni araşdırmışdır. Birinci dəfə bu dördbucaqlıya Ömər Xəyyam baxmışdır.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.