Ömər Xəyyam

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (18 may 1048[3], Nişapur, Böyük Səlcuq imperiyası[4][5]4 dekabr 1131[3], Nişapur, Böyük Səlcuq imperiyası[4][5]) — dahi fars şairi, riyaziyyatçısı, astronomufilosofu.

Ömər Xəyyam
fars. حکیم عُمَر خَیّام نیشابوری
ərəb. غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشاپوری[2]
Doğum adı غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشاپوری[2]
Doğum tarixi 18 may 1048[3]
Doğum yeri
Vəfat tarixi 4 dekabr 1131[3] (83 yaşında)
Vəfat yeri
Elm sahələri poeziya[1], riyaziyyat[1], astronomiya[1]
Elmi rəhbəri Bəhmənyar[6]
Tanınmış yetirmələri Nizami Əruzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur(perscə deyilişi) şəhərində anadan olmuşdur.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. Bəhmənyarın şagirdi olaraq Xorasan Azərbaycanlısıdır. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.[7][8][9]

Rübayyət kitabı

Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.

Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.

Həm Şərqdə və ələlxüsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.

Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.[10]

Osmanlı dövründə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda tikilmiş Morića Han karvansarasında üzərində Ömər Xəyyamın şeiri yazılan kitabə

Xəyyamın elmi-fəlsəfi irsi

[redaktə | mənbəni redaktə et]
Buxarestdə Ömər Xəyyamın büstü

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlərinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.

Ömər Xəyyamın rübailərindən seçmələr Əkrəm Cəfər tərəfindən fars dilindən tərcümə edilmiş, kitab "Rübailər" adı ilə 1984-cü ildə çap edilmişdir.

Ömər Xəyyam müxtəlif elm sahələrində müxtəlif əsərlər yazmışdır. Onun əsərlərindən 18-nin adı bilinir:

  • Ziyc-i Məlikşahi (Astronomiyatəqvimə aid, Məlikşaha ithaf edib)
  • Kitabün fi'l Burhan ül Səhhət-i Turuk ül Hind (Cəbrə aid)
  • Risalətün fi Berahin İl Cəbr ve Mukabele (Cəbrriyaziyyata aid)
  • Müşkülat'ül Hesab (Həndəsəyə aid)
  • Elm-i Külliyyat (Ümumi elmlərə aid)
  • Novruznamə (Təqvim və yeni ilin müəyyən edilməsinə aid)
  • Risaletün fil İhtiyal li Mərifət (qızılgümüşdən düzəldilmiş bir cisimdə qızıl və gümüşün miqdarının bilinməsinə dair, Almaniyada Qota kitabxanasında bir nüsxəsi mövcuddur.)
  • Risalətün fi Şərhi ma Eşkəle min Musadərat (Evklidin bir məsələsinin həll edilməsi metoduna aid, Niderlandın Leyden kitabxanasında bir nüsxəsi vardır. Frants Voepcke fransız dilinə tərcümə edib.)
  • Risalətün fi Vücud (Fəlsəfədə antologiya haqqında, Britaniya Milli Kitabxanasında bir nüsxəsi mövcuddur.)
  • Muhtasarun fi't Təbiiyət
  • Risalətün fi'l Kevn vet Təklif (Fəlsəfəyə aid)
  • Ləvazim'ül Emkinə (məskunlaşılan yerlərin iqliminə aid)
  • Fil Cavab Səlasəti Məsâil və fi Kəşfil Hicab (Üç məsələyə cavab və aləmdə zidliyin vacib olduğuna aid)
  • Mizan'ül Hikəm (zinət əşyalarının daşlarını çıxarmadan qiymətini tapmağın üsulu haqqında)
  • Abdurrahman'əl Nəseviyə Cavab (Allahın aləmləri yaratmasının və ibadətlə şərəfləndirməsinin hikməti haqqında)
  • Nizamülmülk (dostu olan vəzirin bioqrafiyası)
  • Əş'arı bil Arabiyyə (ərəbcə rübailəri)
  • Fil Mutayat (elm prinsipləri)
  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 zbMATH Open Database (ing.).
  3. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. 1 2 3 4 Catalog of the German National Library (alm.).
  6. Mathematics Genealogy Project (ing.). 1997.
  7. Zakir Məmmədov. Ömər Xəyyamın müəllimi. "Ədəbiyyat qəzeti", 13 may 1994-cü il
  8. Zakir Məmmədov. Ömər Xəyyam necə varsa… "Mars" ədəbi-bədii, elmi-publisistik jurnal, № 7–8. Bakı, 2003. səh. 66
  9. Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, noyabr 2003-cü il, səh. 90
  10. "Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof – Ömər Xəyyam". 2012-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]