Xəyyam – Sakkeri dördbucaqlısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xəyyam – Sakkeri dördbucaqlısı — bir tərəfinə bitişik bucaqları düz bucaq olan, bu tərəfə qonşu olan tərəfləri bərabər olan dördbucaqlıdır.

Xəyyam – Sakkeri dördbucaqlısının Loboçevski həndəsəsinin yaradılma tarixində böyük rolu olmuşdur.

İsbat olunur ki, bu dördbucaqlının digər iki bucağı bərabərdir. Bu bucaqların qiyməti haqqında üç hipotez mümkündür:

  • Həmin bucaqların iti olması;
  • Həmin bucaqların düz olması;
  • Həmin bucaqların kor bucaq olması.

Sakkeri (1667–1733) hər üç fərziyyəni araşdırmışdır. Birinci dəfə bu dördbucaqlıya Ömər Xəyyam baxmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.

2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]