Xalq Əyləncələri Cəmiyyəti
"Xalq əyləncələri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş liberal istiqamətli qurum.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Cəmiyyət müstəqillik əldə etmiş əhalinin istirahətinin təşkilində, savadlanmasında, uşaqların və yeniyetmələrin müxtəlif əyləncəli tədbirlərə və dərnəklərə, klub və kitabxanalara cəlb olunmasında xüsusi fəallıq və təşəbbüskarlıq göstərmiş, onlara milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır.
1919-cu ilin əvvəllərində Bakı və onun mədən-zavod rayonlarındakı mədəni-maarif cəmiyyətlərini birləşdirmək məqsədilə konfrans çağırılması üçün təşkilat komissiyası yaradılmış, "Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə təqdim edilmişdi. Nizamnamədə deyilirdi ki, mədəni-maarif cəmiyyətləri ittifaqının məramı Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədilə şəhərin bütün mədəni qüvvələrini birləşdirməkdən ibarətdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır.[1]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Xalq Əyləncələri Cəmiyyəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 10. ISBN 9952-417-44-4.