Xalq Əyləncələri Cəmiyyəti

"Xalq əyləncələri" cəmiyyətiAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərmiş liberal istiqamətli qurum.

Cəmiyyət müstəqillik əldə etmiş əhalinin istirahətinin təşkilində, savadlanmasında, uşaqların və yeniyetmələrin müxtəlif əyləncəli tədbirlərə və dərnəklərə, klub və kitabxanalara cəlb olunmasında xüsusi fəallıq və təşəbbüskarlıq göstərmiş, onlara milli-mənəvi dəyərlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır.

1919-cu ilin əvvəllərində Bakı və onun mədən-zavod rayonlarındakı mədəni-maarif cəmiyyətlərini birləşdirmək məqsədilə konfrans çağırılması üçün təşkilat komissiyası yaradılmış, "Bakı şəhəri mədəni-maarif müəssisələri ittifaqının nizamnaməsi" təsdiq olunmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə təqdim edilmişdi. Nizamnamədə deyilirdi ki, mədəni-maarif cəmiyyətləri ittifaqının məramı Bakı əhalisinin mədəni səviyyəsini yüksəltmək məqsədilə şəhərin bütün mədəni qüvvələrini birləşdirməkdən ibarətdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır.[1]

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 10. ISBN 9952-417-44-4.