Yaz yastıqotu
Yaz yastıqotu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yaz yastıqotu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk. oval. Ovalıqdan, orta dağ qurşağına qədər.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Gilli, daşlı və otlu yamaclarda, yarımsəhralarda və alaqlı yerlərdə rast gəlinir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 642.