"Şəhidlər Xiyabanı" stansiyası

Bakı funikulyoruAzərbaycanda yeganə funikulyor.

Bakı funikulyoru
Bakı funikulyoru
Bakı funikulyoru
İstismarı 5 may 1960
Sürəti 2,5 m/saniyə
Tətbiqi Sərnişindaşınma
İnfrastrukturu Elektrik şəbəkəsi, rels və kanat yolu
Bakı funikulyoru, 1964-cü il

Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.

"Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.)[1]. 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir.[2] Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.

1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir[3]. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır[4]. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər[5]. 2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb.[6] 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır.[7]

  1. Bakı funikulyorunun rəngi dəyişdirilir. Arxivləşdirilib 2011-08-28 at the Wayback Machine (az.)
  2. "Bakı funikulyoru pullu oldu – VİDEO". Oxu.Az (az.). 2017-01-18. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  3. Bakı Funikulyoru yenə də qəzalı vəziyyətdədir. Arxivləşdirilib 2021-04-20 at the Wayback Machine (az.)
  4. Bakı funikulyoru yenidən qurulur. Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
  5. İlham Əliyev Bakı Funikulyorunun, Dənizkənarı Milli Parkda abadlıq işlərinin gedişi, Dövlət Bayrağı Meydanının yaxınlığında yeni iaşə obyektləri ilə tanış olmuşdur. president.az Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine (az.)
  6. "Bakı funikulyoru yenidən istifadəyə verildi - FOTO". Oxu.Az (az.). 2018-11-01. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  7. "Bakı funikulyorunun fəaliyyəti bərpa edilib". Oxu.Az (az.). 2021-12-16. 2024-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]