"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film.
"Atikva" ümid deməkdir | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Rahim Sadıqbəyli |
Ssenari müəllifləri |
Aydın Kazımzadə Rahim Sadıqbəyli |
Operator | Adil Abbasov |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 9 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1994 |
Rəng | rəngli |
Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir.
Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər.
Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır. Erməni təcavüzkarlara qarşı döyüşlərdə böyük şücaət göstərən Azərbaycanın Milli qəhrəmanı, tankçı Albert Aqarunov azərbaycanlıların qəlbinə əbədi həkk olunub.
Yəhudi icmasının dinə münasibəti, Azərbaycan Dövlətinin inkişafı naminə fəaliyyəti, yəhudilərin asudə günlərində məşğuliyyəti də filmdə öz əksini tapmışdır.[1]