"Georgi Dimitrov" ordeni

Georgi Dimitrov ordeni (bolq. Орден Георги Димитров) 17 iyun 1950-ci ildə təsis edilmiş Bolqarıstan Respublikasının ali mükafatıdır.

"Georgi Dimitrov" ordeni
Орден Георги Димитров

Ölkə
  •  Bolqarıstan Xalq Respublikası[d]
Tip orden
Statistika
Təsis tarixi 17 iyun 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Milli Məclis Rəyasət Heyətinin 17 iyun 1950-ci il tarixli fərmanı ilə yaradılmışdır.[1][2] İlk təltif edilmə mərasimi 17 iyun 1950-ci ildə, təsis edildiyi gün baş tutdu və orden 1950-1956-cı illərdə Bolqarıstanın Baş naziri olmuş Valko Çervenkova layiq görüldü. Mükafat müharibələrarası və müharibədən sonrakı illərin görkəmli bolqar kommunisti Georgi Dimitrovun şərəfinə adlandırılıb.

Kimlərə verilir

[redaktə | mənbəni redaktə et]

Bolqarıstanın müdafiəsi və azadlığı sahəsində görkəmli xidmətlərinə və ya sosializmə verdiyi töhfələrə görə bolqarlara və əcnəbilər təltif edilir. Orden həmçinin avtomatik olaraq Bolqarıstan Xalq Respublikası QəhrəmanıSosialist Əməyi Qəhrəmanı adlarını alanlara verilirdi. Orden ilə ümumilikdə 4500-ə yaxın insan təltif edilb.

Orden SSRİ-nin ən yüksək ordeni olan Lenin ordeni ilə modelləşdirilmişdir və bütün digər sosialist ölkələrinin ali ordenləri ilə müqayisədə onunla ən çox oxşarlıqlara malikdir. Ordenin aşağı hissəsində GEORGI DIMITROV yazısı olan qırmızı minalı lent və hər iki tərəfində buğda sünbülləri, yuxarı hissəsində qırmızı minalı kiçik beşguşəli ulduz, aşağı hissəsində isə qırmızı minalı oraq və çəkic vardır.

Təltif olunublar

[redaktə | mənbəni redaktə et]

Sukarno

Todor Jivkov

Kim İr Sen

Leonid Brejnev

Sosialist Əməyi Qəhrəmanı

Sovet İttifaqı Qəhrəmanı

  1. "Georgi Dimitrov ordeni haqqında". soviet-medals-orders.com (rus). 2024-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-26.
  2. "Bolqarıstan Xalq Respublikası - Georgi Dimitrov ordeni". www.medals.org.uk (ingilis). 2024-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-26.