"Hanq Nqa" — Vyetnamın Dalat şəhərində mehmanxana.
"Hanq Nqa" mehmanxanası | |
---|---|
11°56′05″ şm. e. 108°25′50″ ş. u. | |
Ölkə | |
Tikilmə tarixi | 1990 |
Mərtəbə sayı | 5 |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmanxananın əsası 1990-cı ildə qoyulmuşdur. Hotelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır.
Bu təəccüb doğuran mehmanxana bütün ənənəvi memarlıq standartlarından uzaqdır. Öz görünüşünə görə nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, hotelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı "dəlilər evi", "ağacda koma" və ya "hörümçək daxması" adlandırır.