"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi — ideyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş İnkubasiya və Akselerasiya mərkəzidir."[1]".

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 12 noyabr 2018
Tabelik Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Rəsmi saytı innoland.az

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. Azərbaycanda və onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılıb. İdeyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş İnkubasiya və Akselerasiya mərkəzidir.

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi İnkubasiya, Akselerasiya və Kovörkinq və IT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı Kovörkinq mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. "INNOLAND"də fəaliyyət göstərən Kovörkinq mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

İnkubasiya və Akselerasiya xidməti[redaktə | mənbəni redaktə et]

Startapçılara ilkin mərhələdə layihənin formalaşması və inkişaf etdirilməsi üçün ən yaxşı təcrübələr tətbiq edilməklə dəstək göstərilir. İntensiv akselerasiya proqramı sizin startapınızın Azərbaycan və beynəlxalq bazarda böyüməsinə kömək edir.

"INNOLAND" AREA[redaktə | mənbəni redaktə et]

4 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" və AREA — Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşəbbüsü ilə Şəki "ASAN Həyat" kompleksində, 15 noyabr 2021-ci il tarixində isə 3 saylı "ASAN kommunal" mərkəzində "INNOLAND AREA" mərkəzinin açılış tədbiri keçirilib. "INNOLAND AREA" mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4–19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.

Missiyası[redaktə | mənbəni redaktə et]

  • İnnovativ təşəbbüskarlıq ruhunu və startap ekosistemini inkişaf etdirmək.
  • İnsanları fərqli düşünməyə təşviq edən bir mühit yaratmaq.
  • Öz innovativ bizneslərini inkişaf etdirmək üçün təşəbbüskarlara dəstək göstərmək.

İstinadlar[redaktə | mənbəni redaktə et]

"[1]".https://president.az/articles/30657

https://azertag.az/xeber/__Bakcell_ve_INNOLAND_yerli_developerler_uchun_tedbir_kechirib-1240419

https://report.az/sosial-mudafie/asan-xidmet-in-i-nnoland-inkubasiya-ve-innovasiya-merkezi-acilacaq

http://asanradio.az/news/33712 Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine

https://report.az/daxili-siyaset/innoland-azergold-ile-birge-akselerasiya-proqramina-baslayib