Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.
Jukov Ordeni | |
---|---|
rus. Орден Жукова | |
|
|
Ölkə | Rusiya |
Tip | orden |
Kimə verilir | Hərbi birləşmələrin komandirləri və onların muavinləri,yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları |
Status | verilir |
Statistika | |
Parametrlər | 9 may 1994 |
Təsis tarixi | 25 aprel 1995 |
Təltif sayı | 104 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | Kutuzov ordeni |
Aşağı mükafat | Uşakov ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir.
Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu.
2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi[1].
2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir[2][3].
Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Ordenin xarici görünüşünün müəllifi Rusiyanın xalq rəssamı Valeri Balabanovdur