"Aleksandr Nevski" ordeni — Rusiya Federasiyasının dövlət mükafatı.
"Aleksandr Nevski" ordeni | |
---|---|
rus. О́рден Алекса́ндра Не́вского | |
|
|
Ölkə | Rusiya |
Tip | orden |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 29 iyul 1942-ci il, nizamnamə də təsdiq edilib 7 sentyabr 2010 -cu il |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 82 nəfər |
Ardıcıllıq | |
Aşağı mükafat | "Suvorov" ordeni, "Dostluq" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
1725-ci ildən 1917-ci ilədək Rusiya imperiyasının Müqəddəs Aleksandr Nevski ordeni var idi, SSRİ-də isə Aleksandr Nevski ordeni1942-ci ildən 1991-ci ilədək mövcud olmuşdur.
Müqəddəs Aleksandr Nevski ordeni 1725-ci ildə I Yekaterina tərəfindən təsis edilib. Həm hərbi, həm də mülki şəxslərin mükafatlandırılması üçün də nəzərdə tutulub. 1917-ci ildə çar ordenI başqa ordenlərlə birlikdə ləvğ edildi.
Aleksandr Nevski ordeni 29 iyul 1942-ci ildə SSRİ komanda heyətinin mükafatlandırılması üçün Qırmızı Ordunun hərbi ordeni kimi təsis edilmişdir.
Sovet İttifaqı dağıldıqdan sonra ordeni 1992-ci il 2 mart tarixli Rusiya Federasiyası Ali Sovetinin Qərarı İlə və "Rusiya Federasiyasının dövlət mükafatı Haqqında" 20 mart 1992-ci il tarixli 2424–1 saylı Fərmanı İlə Rusiya Federasiyasının Ali Soveti Rəyasət Heyətinin Rusiya Federasiyasının dövlət mükafatları sistemində 2557-I saylı qərarı ilə saxlanıldı. Lakin, Rusiya Federasiyasının dövlət mükafatı kimi rəsmi statutu və təsviri olmayıb, təltif olunması dövlət tərəfindən həyata keçirilməyib.
"Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı fərmanı ilə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin gostərişi ilə, Aleksandr Nevski ordeni Rusiya Federasiyasının dövlət mükafatı sisteminə yenidən daxil olur, habelə onun statutu və təsviri təsdiq edilir. Aleksandr Nevski ordeni olaraq Rusiya Federasiyasının ordeni inqilabdan əvvəlki dizaynı ifadə edir.