"Mozalan" Satirik Kinojurnalı


Mozalan kinojurnalı 1970-ci ildə təsis edilmişdir.[1]

1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir.[1]

1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir.[1]

1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar.[1]

1971-79 illərdə rüblük, 1980-ci ildən isə ildə 8 nömrəsi buraxılmışdır.[2]

2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub.[3]

2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb.[4]

2021-ci ilin yanvar ayında Azərbaycan TeleviziyasıMədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. İlk buraxılışı 12 aprel 2021-ci ildə Azərbaycan Televiziyasında yayımlanmışdır.[5]

İndiyə qədər təxminən 200 nömrə istehsal edilmişdir. Hər nömrədə isə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetlərdir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd Azərbaycandakı neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı çatışmazlıq və problemləri lentə almaq, bütün respublikanı xəbərdar etmək "mozalançı"ların əsas iş üsullarından idi.

  1. 1 2 3 4 Azərbaycan KP MK-da Azərbaycan KP MK "Mozalan" satirik kinojurnalının tənqidi çıxışlarına respublikanın bəzi nazirliklərinin və baş idarələrinin yanlış münasibəti haqqında qərar qəbul etmişdir. Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  2. Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan cildi. 2007. səh.816
  3. ""Mozalan": Yeni rəhbər, yeni era". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  4. ""Mozalan"ın böyük planları". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  5. ""Mozalan" efirə qayıdır". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. Sergey Yutkeviç|С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 263-266; 321-325.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]