"Qara kəmər" əməliyyatı

"Qara kəmər" əməliyyatı[1]Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat.

Qara kəmər (əməliyyat)
Tarix 10 mart 2005
Yeri Baki, Azərbaycan
Səbəbi adam oğurluğu
İştirakçılar Milli Təhlükəsizlik Nazirliyi (Azərbaycan)
Nəticəsi cinayətkar dəstənin zərərsizləşdirilməsi
Qurbanlar
Ölənlərin sayı 1
Məhkəmə prosesi 2005 — 2007

Əməliyyat 2005-ci il martın 10-da həyata keçirilib və 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.

"Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub.

"Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi.

Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.

  1. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi". 2010-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]