Hacı Məmmədov (cinayətkar)

Hacı Teymur oğlu Məmmədov (19513 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı.

Hacı Məmmədov
Hacı Teymur oğlu Məmmədov
Hacı Məmmədov
Hacı Məmmədov
Doğum tarixi 1951
Vəfat tarixi 3 dekabr 2017(2017-12-03)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Atası Teymur Məmmədov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili
Tanınır polis polkovnik-leytenantı və kriminal dəstə başçısı

Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb.[1] O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub.

Cinayətkar illəri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qara kəmər əməliyyatı

Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur.[1]

Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb.[1] Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir.[1]

Məhkəmə prosesi və MTN-nin istintaq təcridxanasında saxlanılması

[redaktə | mənbəni redaktə et]

Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi.[1] 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.[2] O, məhkəmənin barəsində verdiyi hökmdən sonra həbsxanaya göndərilməmiş, on bir il MTN-nin istintaq təcridxanasında saxlanmışdı.[2] Onunla Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.[3] Z. Nəsirovun cəzası 2017-ci ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.[3]

Hacı Məmmədovun çəkdiyi "şir və qadın" rəsmi

O, MTN-in İstintaq Təcridxanasında rəsmlər çəkirdi.[1] Onun çəkdiyi rəsmlərdə şir və qadın, Londonda Biq Ben saatı önündə əlitapançalı kişi, böyük bir daşa söykənmiş bir qadın və başında fedora olan orta yaşlı kiş təsvir edilmişdi.[1] Hüquq müdafiəçisi Elçin Behbudov müsahibələrində, Hacı Məmmədov rəsmlərinin "hər birinin parolu, şifrəsi olduğunu" qeyd edirdi.[1]

Hüquqşünaslar Hacı Məmmədovun MTN-də saxlanmasını "qanuna zidd" saymışdılar.[1] Hacı Məmmədov MTN-in təcridxanasından qurum ləğv ediləndən sonra cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.[1] O, daha sonra səhhəti ilə bağlı Penitensiar Xidmətin ixtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdü.[1]

2011-ci ildə Xural qəzeti yazırdı:

" Hacı Məmmədovu məxsusən MTN-ə yaxın olan hüquq müdafiəçiləri ziyarət edir. Hacı Məmmədov adamların qoltuğuna yekə-yekə rəsm əsərləri verir və o rəsm əsərləri mətbuatda xüsusi şövqlə təbliğ olunur. Artıq normal həbsxanalarda olmalı Məmmədov nədən hələ də MTN-də qonaq edilir? Bu qədərmi əziz-xələfdir?

Yoxsa Hacı Məmmədov elə MTN-in özünün adamıdır. Bəlkə ta… başından DİN-ə yerləşdirilmiş bir minadır. Nədən olmasın?[4]

"

Sağlıq problemləri və ölümü

[redaktə | mənbəni redaktə et]

Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində, o ağ ciyərlərin disseminasiya olunmuş vərəmi, dağılma mərhələsində diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.[5]

2017-ci il dekabrın 3-də saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində Hacı Məmmədov kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.[4][6] Məmmədovun üzərinə baxış zamanı onun tərəfindən yazılmış əlyazma aşkar olunub.[4] Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Hacı Məmmədov kim idi?". BBC. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2017.
  2. 1 2 "Penitensiar Xidmət: "Hacı Məmmədov yazdığı məktubda üzrxahlıq edib"". BBC. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2017.
  3. 1 2 "Hacı Məmmədov dəfn edildi". trend.az. trend.az. İstifadə tarixi: 21 yanvar 2019.
  4. 1 2 3 4 "Hacı Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama". www.azadliq.org. www.azadliq.org. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  5. "İlham İsmayıl: Hacı Məmmədovun intihar xəbərində müəmma var". www.meydan.tv. İstifadə tarixi: 4 dekabr 2017.[ölü keçid]
  6. "Hacı Məmmədovun intihar xəbəri yayılıb". www.meydan.tv. İstifadə tarixi: 4 dekabr 2017.[ölü keçid]