"Rəşadətli əməyə görə" nişanı

"Rəşadətli əməyə görə" nişanıNaxçıvan Muxtar Respublikasının dövlət mükafatı.

Təsisi[redaktə | mənbəni redaktə et]

"Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir.[1]

Statusu[redaktə | mənbəni redaktə et]

"Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir.[2]

"Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır.[2]

"Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.[2]

Təsviri[redaktə | mənbəni redaktə et]

"Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.[2]

Nişan səkkizguşəli ulduz şəklindədir.[2] Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır.[2] Yazı və təsvirlər qabarıqdır.[2]

Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.[2] Ortasında nişanın nömrəsi həkk olunmuşdur.[2]

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]